
Məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb.
Təhsil Nazirliyindən bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:
“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.