Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişi var"

Paşinyan: “Bu gün Ermənistanın ölkə parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan ratifikasiya olunmuş saziş var. Bu saziş 1992-ci ildə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub”.

“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O, bir neçə məsələni rasional müstəvidə müzakirə etməyi təklif edib: “Burada söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınıb-tanınmamasından gedir. Bu məsələ müzakirə olunmadığından bəzən o qədər də düzgün qəbul edilmir. Lakin qeyd etməliyik ki, 1992-ci ildə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmuş belə bir saziş var və bu sənədə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, ikinci nüans, Madrid prinsiplərinə uyğun olaraq hər iki tərəfin danışıqların əsası kimi qəbul etdiyi ərazi bütövlüyü prinsipidir: “Burada mən demək istəyirəm ki, de-yure 1992-ci ildən sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını tanıyıb”, - deyən Paşinyan əlavə edib ki, bu problemin çoxsaylı nüansları hələ də öz həllini tapmayıb.

Paşinyan bu problemin həlli istiqamətində sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin vacibliyini vurğulayıb.

Sülh sazişinə toxunan Paşinyan bildirib ki, belə bir müqavilə imzalanmalıdır, lakin ilk növbədə bu müqavilə hazırlanmalıdır və bunun üçün danışıqlar aparılmalıdır və Ermənistan buna hazırdır.

Oxşar xəbərlər