Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur - XƏBƏRDARLIQ

Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur - XƏBƏRDARLIQ “Mənə gələn zənglər, müraciətlər, şikayətlərdən görünən odur ki, banklar və bəzi bank olmayan kredit təşkilatları (BOKT) eləcə də, bəzi bank və BOKT-ların borclarını yığmaqla məşğul olan şirkətlər hansısa yolla insanların qohum-qonşularının, ailə üzvlərinin nömrəsini tapırlar və ya insanlara zəng edib onları hədələyirlər ki, borcunu bu gün ödəməsən, sənin iş yerinə qohumuna məlumat verəcəyik”.

Bu sözləri hüquqşünas Zaur Quliyev deyib. O, bu cür bank və təşkilatların qanun pozuntusuna yol verdiyini söyləyib:

“Siz banklar vətəndaşlara kredit verəndə onların qohumları ilə məsləhətləşmişdiniz? Qohumlar razılıq vermişdi ki, o adamlar borcunu ödəməsə, siz onlara tanışlarına zəng edib narahat edəsiniz?

Burada bir neçə qanun pozuntusu var. Biri odur ki, siz zamin olmayan, öz əmlakını həmin borca görə girov qoymayan şəxsləri narahat edirsiniz. Bundan əlavə, kredit götürən şəxsin şəxsi məlumatlarını, bank sirlərini yayırsınız. Bu, hətta cinayət məsuliyyəti yaradır.

Ona görə də əgər bank sizi iş yerinizə, qohumlarınıza zən edəcəyi ilə bağlı şantaj edirsə, səsini yazıb birbaşa prokurorluğa müraciət etmək lazımdır. Eyni zamanda, sizə də qohum-qonşunun borcu ilə bağlı zəng gəlirsə, siz də gələn zənglərlə bağlı sübut toplayıb birbaşa prokurorluğa məlumat verməlisiniz”.

Hüquqşünas vətəndaşlara xəbərdarlıq edib ki, bankların vətəndaşa 90 gündən artıq faiz yazmağa ixtiyarı yoxdur:

“Bank haqqında” Qanuna əsasən, bank gecikmələrinə görə, yalnız sonuncu ödəniş olunmalı taixdən 90 gün ərzində faiz hesablana bilər. 91-ci gün faiz hesablana bilməz. Sizə qarşı banklar məhkəmədə kredit tələbi ilə bağlı iddia qaldırsa, siz məhkəmədə iştirak edib 90 gündən artıq hesablanmış faiz, dəbbə, cərimələrin silinməsini tələb edə bilərsiniz. Zərurət olarsa, hətta şifahi vəsatat verib maliyyə ekspertizasının keçirilməsini tələb edə bilərsiniz”, - deyə o əlavə edib.

Oxşar xəbərlər