“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 23-də Nyu-Yorkda imzalanıb.
***
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri viza tələblərindən azad edilir.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
***
Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.
Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda imzalanıb.
***
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.
***
Azərbaycan ilə Moldova məxfi məlumatı mübadilə və qarşılıqlı mühafizəsi edəcək.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq edilib.
***
Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Qaun imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 23-də Nyu-Yorkda imzalanıb.
***
Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilir.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.