Paşinyandan Qarabağ etirafı: ermənilərə unudun mesajını verdi

Paşinyandan Qarabağ etirafı: ermənilərə unudun mesajını verdi Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 8-da Ermənistan parlamentində çıxşı zamanı deputatların Qarabağın status ilə bağlı suallarını cavablandırarkən diplomatiyanın ona verdiyi imkanlardan istifadə etməklə Qarabağı artıq unudun mesajını verib. O, parlament üvzünün sualına cavablanda “Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur. “Bunu kim dedi? Yekun status müəyyən yekun status deməkdir”, - deməklə, artıq Qarabağ keçmişdə qalmış bir məsələ olduğuna işarı edib.

Paşinyan bu istiqamətdə fikrini daha da inkişaf etdirərək deyib ki, danışıqlar prosesində Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu və burada bir çox qeyri-müəyyənliklər var idi.

“Mən onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Referendumun keçiriləcəyi ərazi müəyyən edilməmişdi. Burada çox incəliklər var”, - deyə Paşinyan qeyd edib.

O bildirib, Ermənistanın üzləşdiyi böhranlı vəziyyətdən çıxış yolu sərhədin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsidir.

Paşinyan onu da deputatların diqqətinə çatdırıb ki, onun hakimiyyətindən öncə belə danışıqlar prosesi Ermənistanına olub. O, deputatlara Qarabağla bağlı keçmiş danışıqların sənədlərini göstərməyə hazır olduğunu söyləyib.

“Qarabağ üçün heç bir şans buraxmadınız. Siz indiyə qədər müharibənin qarşısını necə alacağınız barədə bir kəlmə də danışmamısınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə etdiniz ki, müharibə olmasın. Niyə etmirsiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu sərhədlərin müəyyən edilməsidir. Bunu bütün məsuliyyətimlə bəyan edirəm. Əvvəlki hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalmasına nəzəri imkan belə qoymadı”, - deyə Paşinyan bildirib.

Paşinyan parlamentdə radikal müxalifət fraksiyasının rəhbəri, sabiq müdafiə nazirini də bu məsələdəki fəaliyyətini tənqid və məzəmmət etməyi də unutmayıb: “Sizin müdafiə naziriniz Seyran Ohanyan deyib ki, cəbhə xəttində boş konserv qutuları asmaq lazımdır ki, Azərbaycan əsgərləri yaxınlaşanda eşidə bilək”.

Paşinyan parlamentdəki çıxışı ilə erməni cəmiyyətinə ünvanladığı mesajın əsas hədəfi bundan ibarət idi ki, üzləşdiyiniz böhranın əsas səbəkarları Qarabağ kartından siyasi spekulyasiya edib hakimiyyət uğrunda mübarizə aparan qüvvələrdir. Nə qədər ki, bu kartdan istifadə olunacaq nə Ermənistanın, nə də ki, erməni cəmiyyətinin üzləşdiyi böhrandan xilas yolu yoxdur. Ən yaxşı variant isə Qarabağı unudub, qonşularlarla əlaqələri qurub, bütün kommunikasiyaları açmaqdan keçir.

Paşinyan dolayısı ilə erməni cəmiyyətinə bu mesajı verdi ki, Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdədir.

Oxşar xəbərlər