Sərhədlərin delimitasiyasının vacibdir - Paşinyan

Sərhədlərin delimitasiyasının vacibdir - Paşinyan Sərhədlərin müəyyənləşdirilməsi Azərbaycan üçün nə qədər əhəmiyyət daşıyırsa, bir o qədər də Ermənistan üçün əhəmiyyət daşıyır.
“Bu barədə baş nazir postunu icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.

RİA-Novostinin yaydığı xəbərə görə, Paşinyan çıxışında Azərbaycanla sərhəddə baş verənlərə və delimitasiya və demorkasiya proseslərinə də toxunub.

“Bölgənin sabitliyi bizim üçün vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan nə qədər böyük əhəmiyyət daşıyırsa, o qədər də Ermənistan üçün əhəmiyyət daşıyır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi, bunun üçün də müəyyən mərhələdə demarkasiya və delimitasiyası təhlükəsizliyə zəmanətdir”, - Paşinyan bəyan edib.

Oxşar xəbərlər