Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.Nazir keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir."Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb", - o vurğulayıb.