
Daşkəsən rayonunu Uşaqların V Ümumrespublika Forumunda Daşkəsən şəhər İ.Nəsimi adın 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri Hüseynova Dinara Zaur qızı, Verdiyev Hüseyn Bəhman oğlu və Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbin 8-ci sinif şagirdi Vətən Müharibəsi şəhidi Pərviz Ələsgərovun oğlu Eşqin Ələsgərov uğurla təmsil ediblər və buna görə də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sertifikatlarına layiq görülüblər.
Sertifikatları Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri Elmar Əliyev, Elxan Hüseynzadə və Orxan Həsənov təqdim edib məktəblilərə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini çatdıraraq uğurlarının davamlı olmasını arzulayıblar.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

