
Bu barədə Avropa İttifaqının açıqlamasında qeyd olunub.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana Brüsseldə Aİ-Şərq tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüş keçirməyi təklif edib. Liderlər regional vəziyyətin və gərginliyin aradan qaldırılması yollarının müzakirəsi üçün Brüsseldə görüş keçirməyə razılaşıblar”, - deyə sənəddə qeyd olunub.
Azərbaycan və Ermənistan liderlərinin həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin yaradılması məsələsinə razılıq verdikləri bildirilir.