
"Ölkə.Az" xəbər verir ki, Brüsseldə keçirilən sammitdə Azərbaycanı prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycan prezidenti sammit çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Task və Avropa Komissiyasının Jan-Klod Yunkerlə görüş keçirib. Siyasətçilər görüş zamanı xatirə fotosu çəkdiriblər.Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.
"Ölkə.Az"ın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.
Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.
Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

