ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan, ədalətli, xeyirxah insan - Cəbrayıl Cəbrayılov

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan, ədalətli, xeyirxah insan - Cəbrayıl Cəbrayılov ARDNŞ-nin vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov - “Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırılmışdır. Azərbaycanın 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan danışılarkən qeyd olunmuşdur ki, ümumi iqtisadi artım 5 faizdən çox olmuşdur. Ən sevidirici hal odur ki, qeyri-neft iqtisadiyyatında artım 7,2 faiz təşkil etmişdir. Azərbaycanda ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. 2021-ci ildə xərclərin artmasına baxmayaraq valyuta ehtiyatı 2,5 milyard dollar artmışdır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir. Müsbət saldo 10 milyard dollardan çoxdur. Qeyri-neft ixracı 40 faizdən çox artmışdır. Çörəyin qiymətinin qalxmasına münasibət bildirən cənab Prezident bildirmişdir ki, bu qaçlımaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Azərbaycanın əsas təchizatçısı Rusiyadır. Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Çörəyin qiyməti süni sürərdə əvvəlki səviyyədə saxlanıla bilməzdi. Bu nəzərə alındı və eyni zamanda, dövlətin tənzimləyici rolu gücləndirildi ki, süni qiymət artımı olmasın. Eyni zamanda ölkədə çox geniş sosial paket həyata keçirildi. Minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqları, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu sosial paket 2 milyondan çox insanı əhatə etməklə 1,5 milyard manat vəsaitlə başa gəlmişdir”.

ARDNŞ-nin vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Cəbrayıl Cəbrayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ARDNŞ-nin vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

1999-2003-cü illərdə "Klassik-Aİ” şirkətində əvvəlcə baş mühasib, sonra icraçı direktor kimi çalışıb, 30 sentyabr 2003-cü ildə "Cənubtikintiservis” ASC-nin baş mühasibi – maliyyə müdiri vəzifəsinə təyin edilib.

16 oktyabr 2006-cı ildən ARDNŞ-nin vitse-prezidentinin müşaviri, 16 aprel 2007-ci ildən ARDNŞ-nin Ekoloqiya İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 1 iyun 2012-ci ildən ARDNŞ-nin vitse-prezidentinin müavini vəzifəsində çalışır.

31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Oxşar xəbərlər