Mahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏL

Mahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏL Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mahir Mirzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Amal Alişanlının və Zahid Zairlinin xatirəsi ehtiramla anıldı

Mahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏL


Oktyabrın 8-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidlərimizdən Alişanlı Amal Seyfəddin oğlunun və Zairli Zahid Azad oğlunun il mərasimləri keçirildi. Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı şəhidlərin ailəsinə səbr arzu edərək təsəlli verib.

Alişanlı Amal 11 fevral 2001-ci ildə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş, Füzuli və Cəbrayıl isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Zairli Zahid 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşdur. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Cəbrayıl rayonu isiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Mahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏLMahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏLMahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏL
Mahir Mirzəyev vəzifəsini şərəfləyerinə yetirir - ÖZƏL

Oxşar xəbərlər