Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib

Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib Avqustun 17-də İkinci Qarabağ müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun ad günü Daşkəsən rayonunun Xoşbulaq kəndində Şəhidin valideynlərinin yaşadığı evdə keçirilib.

Anım günüdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Maarif Hüseynov, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları iştirak ediblər.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin valideyinləri ilə söhbət edib, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ardıcıl mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

Əhəd Abıyev Şəhidin döyüş yolundan söhbət açıb. Bildirib ki, 1994-cü il təvəllüdlü əsgər Röyal Verdiyev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşıb, şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Verdiyev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid atası Qabil Veriyev, anası Sevda Verdiyeva, digər şəhid anaları Aybəniz Abdullayeva, Nazilə Bağırova, Brilyant Əsgərova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə etmiş və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra Röyal Verdiyevin ad günü onun Daşkəsən Şəhidlər xiyabanındakı məzarı başında rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin, Şəhidin yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub.

Elmar Əliyev – Vüqarlı Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilibDaşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib

Oxşar xəbərlər