Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir

Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini vermişdir.

Münaqişə zamanı dəyən zərərin post-konflikt dövründə bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. İlkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir.

Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra, əhəmiyyətli yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək

İlkin sosial-iqtisadi inkişafın vacibliyi post-konflikt dövründə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasiya obyektlərinin bərpası insanların uyğunlaşma prosesini sürətləndirəcək. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstəriləcəkdir.

Konflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq yerinə yetirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Görülən işlərin işğaldan azad olunmuş ərazilərə müsbət təsiri olacaqdır. Hal-hazırda bu istiqamətdə bir sıra işlər görülür və buna birbaşa cənab İlham Əliyev və xanım Mehriban Əliyeva nəzarət edirlər.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin

müəllimi Zibeydə Atakişiyeva

Oxşar xəbərlər