Bakıda polis öldü - SƏBƏB (FOTO)

Bakıda polis öldü - SƏBƏB (FOTO) Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.
“Ölkə.Az” xəbər verir ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

Bakıda polis öldü - SƏBƏB (FOTO)

Oxşar xəbərlər