Paytaxtda faciə: Polis polkovniki idman edərkən öldü

Paytaxtda faciə: Polis polkovniki idman edərkən öldü Həsənovun başı daşa dəyərək xəsarət alıb

Bakıda polis polkovniki parkda həyatını itirib

Criminal.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində İctimai Təhlükəsizlik İdarəsində baş inspektoru, polis polkovnik-leytenantı Ceyhun Həsənov bu gün səhər saatlarında Dədə Qorqud parkında idman edərkən halı pisləşib.

Huşunu itirərək yerə yıxılıan C.Həsənovun başı daşa dəyərək xəsarət alıb.

Yaxınlıqda onunla birlikdə idman edən adamlar köməklik etmələrinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım da çağırılıb. Lakin artıq gec olub.

Bakı Şəhər Baş Polis İdarəsindən faktı təsdiqlədilər.

Oxşar xəbərlər