Bakıda polis sevgilisini qətlə yetirdi: Özünü güllələdi

Bakıda polis sevgilisini qətlə yetirdi: Özünü güllələdi Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.
Qafqazinfo verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər