
Azxeber.com xəbər verir ki, güllələnən qadının adı Aidadır.
Hadisə İstanbulun Avcılar ərazisində yerləşən özəl tibb mərkəzində baş verib.
Xəstəxananın sahibi olan Celal T. adlı həkim yanında çalışan Aidanı güllələyib. 3 yaşlı uşaq anası olan qadın ağır yaralanıb.
Polis Celal T.-ni saxlanyıb.
Həmyerlimiz xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.


