Lənkəranın rəis müavini Sumqayıtda yeni vəzifəyə təyin edildi

Lənkəranın rəis müavini Sumqayıtda yeni vəzifəyə təyin edildi Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib.

Oxşar xəbərlər