
Nazirlikdən verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
İlkin məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
Yanğın söndürülüb, alovların digər mənzillərə keçməsinin qarşısı alınıb.