Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq

Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələlərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişinə əsasən dövlət qurumları tərəfindən bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqətin artırılması məqsədilə təkcə son bir ayda 4500-dən çox şəxs sosial dəstəklə əhatə edilib.

Vətən Müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə dövlət həssaslıqla yanaşır.

Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq. Bütün bunlardan əlavə olaraq döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir.

Azərbaycan dövləti hər zamankı kimi hər bir vətəndaşının, hərbçilərimizin yanındadır.

Sabunçu qəsəbəsi, 68 nömrəli məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

Gülzar İsmayılova

Oxşar xəbərlər