Prezident: "Şəhidlərimizi ehtiramla yad edirik!"

Prezident: Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib.
Paylaşımda xarıbülbül ikonası fonunda "Şəhidlərimizi ehtiramla yad edirik!" cümləsi yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Oxşar xəbərlər