Taleh Qaraşov gündəlik olaraq sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür

Taleh Qaraşov gündəlik olaraq sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür İcra başçısı Taleh Qaraşov gündəlik olaraq şəhərin ayrı-ayrı məhəllələrində, kənd və qəsəbələrdə olur, sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür.

Hazırda şəhərə rəhbərlik edən icra başçısı Taleh Qaraşovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Taleh Qaraşov Lənkərana icra başçısı təyin edilməsindən bir neçə il vaxt keçib. Hələ başqa sahələrdə işləyərkən cənab Taleh müəllim bir sıra uğurlara imza atmış, rayonu abadlaşdırmış və bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Lənkərana icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Taleh Qaraşovun gərgin əməyi və zəhməti sayəsində Lənkəran sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lənkəran rayon İcra Hakimiyyəti Başçısı cənab Taleh Qaraşovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lənkəranın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-ın elektron poçtuna ünvanlanan məktublarda Lənkəran RİH-nin başçısı Taleh Qaraşovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onların fəsadları” mövzusunda videokonfrans keçirilib

Taleh Qaraşov gündəlik olaraq sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür


Konfransda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Rasilə xanım Arifqızı, komissiyanın üzvləri və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Konfransda çıxış edən R.Arifqızı uşaq hüquqları haqqında Beynəlxalq konvensiyalar, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verərək bildirdi ki, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv şağlamlığı ilə bağlı problemlər yaşanır.
Bundan başqa, erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqəti yönəldib.
Təhsil Şöbəsinin müdiri erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar, problemin qarşısının alınması məqsədilə pandemiya şəraitində həyata keçirilən tədbirlər və mübarizə yolları barədə iştirakçılara məlumat verib.
Sonda R.Arifqızı maarifləndirici tədbirlərin aparılması ilə bağlı tövsiyələr verib.

Taleh Qaraşov gündəlik olaraq sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür



Oxşar xəbərlər