
Hələ ki “Neftçi”də forma nömrəsi seçmədiyini bildirən 25 yaşlı forvard Bakıya gələn həftə gələcəyinə ümid etdiyini deyib: "Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam".
Yeni transfer danışmağı çox sevmədiyini vurğulayaraq, həftə sonu keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu ilə bağlı qısaca deyib: “İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medalları qazanacağıq. Uğurlu olmağa çalışacağam".
Hücumçu "Neftçi"yə keçidinin 1 günün içində reallaşdığını diqqətə çatdırıb: "Fevralın 9-da ÇSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə ÇSKA-nın prezidenti razılıq verdi. "Neftçi"nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq "Neftçi"dəyəm".