Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA

Universitetlərdən sonra metro da açılır? - RƏSMİ AÇIQLAMA Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə, yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də fevralın 15-dən metronun da fəaliyyətinin bərpa ediləcəyi ilə bağlıdır. Fevralın 15-dən metronun da fəaliyyəti bərpa edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:

"Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Ali məktəblərdə ənənəvi təhsil bərpa edildikdən sonra metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən də Operativ Qərargaha müraciət olunub.Həmçinin bildiyiniz kimi, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".

Oxşar xəbərlər