Bakı metrosu fəaliyyətini bərpa edir? — AÇIQLAMA

Bakı metrosu fəaliyyətini bərpa edir? — AÇIQLAMA “Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.
Bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.

Oxşar xəbərlər