
“Ölkə.Az” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirilən fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, pandemiya və pandemiyanın yaratdığı mənfi fəsadlar Azərbaycana da təsir edib. “Həmin təsirlərin nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri azalıb. Əsasən, vergi və gömrük daxilolmalarını nəzərdə tuturam. Pandemiya ilə yanaşı, 44 gün ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əzəli Azərbaycan torpaqlarının işğalına son qoyub. Bütün prosesləri nəzərə almalıyıq. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”- nazir qeyd edib.