
Oxu.az bildirir ki, kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.
Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşməni izləyir. Bunun fərqinə varan düşmən əsgərləri aciz qaldıqlarını görərək, gizlənməyə çalışırlar.
Ancaq Azərbaycan Ordusuna məxsus dron-kamikadze erməni hərbçilərinin yerini müəyyənləşdirərək, onları məhv edir.