
Bunu Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.
Nelli Veysova hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarət olduğunu qeyd edib.
Bundan əlavə, Baş Səhiyyə İdarəsinin rəisi şəhər poliklinikaların sahələrində təşkil edilmiş tibb məntəqələrinin göstərdiyi səyyar xidmətinin kəsintisiz işini təmin etmək məqsədilə hər məntəqə üçün xüsusi bir nəqliyyat vasitəsinin ayrılması haqqında da məlumat verib.
Onun sözlərinə görə, artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.
Həmçinin, Baş Səhiyyə İdarəsinin rəisi verdiyi müsahibə zamanı hal-hazırda COVID-19 ilə bağlı gələn müraciətlərin sayı haqqında da danışıb:
“Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVID 19-la bağlı müraciətlər sayının - 25%-a qədər, ağır xəstələrin müraciətlər sayının isə 30 %-a qədər azalmasını qeyd edə bilərəm”.report.az