AĞSUDA AİLƏ FACİƏSİ — Qadın qardaşını və anasını bıçaqladı

AĞSUDA AİLƏ FACİƏSİ — Qadın qardaşını və anasını bıçaqladı Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Apa xəbər verir ki, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan rayon sakini, 1974-cü il təvəllüdlü Müslim Cəbiyev bacısı, 1967-ci il təvəllüdlü Arzu Cəbiyeva tərəfindən bıçaqlanıb.

Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb. Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb. Hadisə zamanı A. Cəbiyevanın anası, 1938-ci il təvəllüdlü Maya Cəbiyeva da xəsarət alıb.

Oxşar xəbərlər