Bakı polisi axtarışda olan 24 nəfəri saxladı

Bakı polisi axtarışda olan 24 nəfəri saxladı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) həftəsonu paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb.

Onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb.

İtkin düşən kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxşar xəbərlər