Ötən günün cinayət statistikası

Ötən günün cinayət statistikası Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 14 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

Oxşar xəbərlər