Lənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Lənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun hesabat məruzəsi dinlənilib.
2019-cu ildə ölkəmizin ümumi inkişafı fonunda Lənkəran rayonunun da sosial-iqtisadi inkişafının davam etdiyini, il ərzində iqtisadi göstəricilərin artan templə yüksəldiyini vurğulayan T.Qaraşov ötən il rayonda ümumi məhsul buraxılışının 407,6 milyon manat təşkil etdiyini bildirib.
Qeyd olunub ki, bu dövrdə sənayedə 52 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 3,1 faiz çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 42,1 milyon manat olub, ümumi həcmdə onun xüsusi çəkisi 6.8 faiz, sənayedə çalışanların orta aylıq əmək haqqı isə 31.8 faiz artaraq 402 manat təşkil edib.
Məruzəçi hesabat ilində Lənkəran rayonunda iqtisadiyyatın və sosial sahənin inkişafına 64,1 milyon manat investisiya yönəldildiyi qeyd edərək bildirib ki, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 61 milyon manat olub.
Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına rayonda ümumi sahəsi 22 min 300 kvadratmetr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.
Ötən ildə rayonda ümumi layihə dəyəri 114 milyon manat təşkil edən özəl investisiya cəlb olunub. İstifadə olunan 42,2 milyon manatın 7,4 milyon manatı xarici investisiya təşkil edib.
İcra başçısı çıxışında həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən 7 kilometr uzunluqda Hirkan-Mamusta-Siyavər kəndlərarası və 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yollarının yenidən qurulması işlərinin yekunlaşdığını, 90 çoxmənzilli yaşayış binalarının dam örtüyünün dəyişdirildiyini, eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il tarixli Sərəncamı ilə Lənkəran şəhərində 5 çoxmənzilli yaşayış binasının bərpası və əsaslı təmir işlərinin aparılması üçün 2 milyon 984 min manat vəsaitin ayrıldığını və hazırda həmin binalarda təmir işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, şəhərin Zərifə Əliyeva küçəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binasının tikintisinə başlanılıb və burada işlər sürətlə davam etdirilir.
T.Qaraşov ötən il rayonda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində ardıcıl olaraq işlərin aparıdığını, hazırda şəhərdə 120 nəfərin işlə təmin olunması nəzərdə tutulan qənnadı məhsulları fabrikinin tikintisinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq, bu müəssisədə Braziliya, Türkiyə və Rusiya istehsalı olan müasir avadanlıqların quraşdırılması hesabına dünya standartları səviyyəsində qənnadı məhsullarının istehsal olunacağını söyləyib.
Qeyd olunub ki, ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış 2,9 milyon manat vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı və 5 yaşayış məntəqəsini birləşdirən 7 kilometr uzunluqda Hirkan-Mamusta-Siyavər kəndlərarası magistral avtomobil yolunun tikintisinin başa çatdırılıb, 55 kilometrlik Lənkəran-Lerik magistral avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Ötən il rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 şəhid ailəsi üçün yeni mənzillərin tikilib istifadəyə verilib.
2019-cu ildə rayonda ümumilikdə 3501 iş yerinin açılıb. Bunun 2026-nın daimi iş yerləridir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən hesabat ilində rayonda 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda, Regional Qaz İdarəsində 135 nəfər, Regional Elektrik Şəbəkəsində 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin edilib.
Məruzədə ötən il rayonda aqrar sahədə də işlərin uğurla davam etdiyi, 116 milyon 435 min manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunduğu, bunun da əvvəlki dövrlə müqayisədə 6 faiz çox olduğu vurğulanıb.
Dövlət Proqramına müvafiq olaraq qabaqcıl texnologiyalar tətbiq etməklə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının artırılması istiqamətində işlər xeyli sürətləndirilib. Çay plantasiyaları genişləndirilərək 628,5 hektardan 640,5 hektara çatdırılıb. Bunun da 468 hektarı son illərdə salınmış yeni çay plantasiyalarıdır.
Məruzədə həmçinin, istifadəsiz qalmış, kənd təsərrufatına yararlı torpaqları əkin dövriyyəsinə cəlb etməklə rayon üzrə ötən il 852 hektar sahədə çəltik əkini keçirildiyi, bunun hesabına 3418 ton yüksək keyfiyyətli məhsul yığıldığı, təkcə “Green East” MMC tərəfindən Viravul və Girdəni kəndlərində müasir texnologiya ilə 100 ha sahədə çəltik əkildiyi və yüksək məhsuldarlıq əldə edildiyi diqqətə çatdırılıb.
“Fruit Garden” MMC tərəfindən Separadi kəndində 150 hektar sahədə müasir texnologiya əsasında sitrus bağı salınıb. Burada damcı üsulu ilə yeni suvarma şəbəkəsi və respublikada ilk dəfə olaraq şaxtanın təsirini azaldan “Donqoruyucu Pərvanə” mexanizmi quraşdırılıb.
Rayonda 1434 hektar sitrus və subtropik meyvə bağının olduğunu bildirən T.Qaraşov ötən il 50 hektar sahədə yeni sitrus bağlarının salındığını, sahələrdən 14341 ton məhsulun yığıldığını söyləyib.
Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı işlər davam etdirilib. Lənkəran Dövlət Universiteti üçün 1500 nəfər tələbənin təhsil aldığı 2 yeni tədris korpusu və eyni zamanda 160 yerlik yataqxana binası, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun Şıxəkəran kəndində 432 şagird yerlik, Köhnəgəgir kəndində 40, Jidi kəndində 46, Alazəpin kəndində 20 və Türkəncil kəndində isə 80 şagird yerlik modul tipli yeni məktəb binaları tikilərək istifadəyə verilib.
Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən 264 şagird yerlik Gəgiran kənd orta məktəbin tikintisinə başlanılıb, Heydər Əliyev Fondu hesabına 360 şagird yerlik Viravul kənd 2 saylı, 632 şagird yerlik Haftoni qəsəbə və 420 sagird yerlik Nərimanabad qəsəbə tam orta məktəbləri üçün təzə binaların tikintisi davam etdirilib.
Heydər Əliyev Fondu tərəfindən 125 şagird yerlik Lənkəran şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir olunub. Rayonun Kosalar kəndində 96 şagird yerlik modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılıb.
Ötən ilin sonlarında keçirilən üçüncü ənənəvi “Çay, çəltik, sitrus festivalı”nın gələcək uğurlara çağırış kimi rayon sakinlərini yeni zəfərlərə ruhlandırdığını vurğulayan icra başçısı 2019-2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair yeni dördüncü Dövlət Proqramına əsasən Lənkəranda da sosial yönümlü layihələrin icra olunacağını, o cümlədən Sütəmurdov kəndində yeni turizm istirahət kompleksinin tikintisinin nəzərdə tutulduğunu, rayonda “Asan Xidmət” mərkəzinin tikiləcəyini, sosial yönümlü digər tikinti-abadlıq işlərinin görüləcəyini diqqətə çatdırıb.
Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev və digərləri ötən il qazanılan uğurlardan danışaraq rayonun sosial-iqtisadi inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul olunub və Prezident İlham Əliyevə müraciət ünvanlanıb.


Lənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilibLənkəranda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Oxşar xəbərlər