VƏHŞİLİK: Təcavüz etdiyi Arzu İsmayılovanı yandırdı və... - FOTOLAR

VƏHŞİLİK: Təcavüz etdiyi Arzu İsmayılovanı yandırdı və... - FOTOLAR Türkiyənin Samsun şəhərində azərbaycanlı qadın, ona təcavüz edən kişi tərəfindən yandırılıb.

AZTB.info xəbər verir ki, hadisə Samsunun Çarşamba rayonunda baş verib. Məlumata görə, 41 yaşındakı azərbaycanlı 2 uşaq anası Arzu İsmayılova borc pul almaq üçün tanışı R.P adlı şəxsin evinə gedib. İddiaya görə, Arzu İsmayılova evdə R.P adlı şəxs tərəfindən cinsi təcavüzə məruz qalıb, daha sonra kimyəvi maddə ilə yandırılıb. Yaralanan qadın qonşuların köməyi ilə xəstəxanaya aparılıb.
Təqsirləndirilən şəxsin polis tərəfindən saxlanıldığı və ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı deyilir.

Oxşar xəbərlər