Bakıda mənzildən 46 yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildən 46 yaşlı kişi meyiti tapıldı Suraxanı rayonunda mənzildən kişi meyidi aşkar edilib.
FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər