Azərbaycanlı biznesmen intim görüntüsü ilə şantaj edildi — 1 milyon dollar tələb edildi

Azərbaycanlı biznesmen intim görüntüsü ilə şantaj edildi — 1 milyon dollar tələb edildi Türkiyədə azərbaycanlı iş adamının 1 milyon dollarını şantaj yolu ilə ələ keçirməyə cəhd edən ər-arvad saxlanılıb.
APA xəbər verir ki, bu il sentyabrın 23-də Türkiyədə turizm sahəsində bizneslə məşğul olan Azərbaycan vətəndaşı N.N. İstanbulda polisə müraciət edərək, 5 ildir, yanında işləyən şəxs tərəfindən şantaj edildiyini bildirib:

“Yanımda işləyən Özgür.K. həyat yoldaşının telefonu ilə mənə zəng edərək, əlində intim görüntülərimin olduğunu dedi və 1 milyon dollar istədi. Pulu verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını və ailəmə bildirəcəyini dedi. Hətta Azərbaycan mətbuatına xəbər ötürəcəyini bildirdi”.

Müraciətlə əlaqədar əməliyyat keçirən polis həmin şəxsi arvadı Esin K. ilə birlikdə Ərzurumda yaxalayıb.
Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi müəyyənləşib.

Oxşar xəbərlər