“Üzdəniraq müğənnini Şəmkirə 20 minə aparıblar”

“Üzdəniraq müğənnini Şəmkirə 20 minə aparıblar” “Bağ mövsümü” verilişinin növbəti qonaqları Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Teymur Əmrah olub.

Axşam.az xəbər verir ki, aparıcı Murad Əzimzadənin “sənətkar” ifadəsini işlətməsi T.Əmrahın xoşuna gəlməyib.

Müğənni aparıcıya “Sənətkar sözünü tez-tez istifadə edirsiz. Sənətkar Rəşid Behbudov, Şövkət Ələkbərovadır. “Sənətkar” deməklə, onlarda vaxtından əvvəl eqo yaradırsınız. Gedir toyda oxuyur, sərxoş kişi gəlib “sənətkar” deyir. Bunlarda da xəstəlik yaranır” sözləri ilə irad bildirib.

T.Əmrah daha sonra müğənnilərin toya baha qiymətə getməsini tənqid edib:

“Toy ifaçısı deyiləm. Tamaşaçının hamısı konservatoriya bitirə bilməz ki, yaxşı-pis oxuyanı ayırd etsin. Gənc, savadsız, üstəlik üzdəniraq bir ifaçı bu yaxınlarda Şəmkirə toya 20 min manata gedib. Biabırçılıqdır”.

Oxşar xəbərlər