Trampın Türkiyə ilə bağlı müzakirələri başa çatdı: Sanksiya olacaqmı?
ABŞ prezidenti Donald Tramp 45 respublikaçı senatorla Türkiyəyə tətbiq olunması planlaşdırılan sanksiyalarla bağlı müzakirələri başa çatdırıb.
Ağ evdə baş tutan müzakirələr 1 saat 30 dəqiqə müddətində baş tutub.
Müzakirələrin yekun nəticəsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Tramp ötən günlərdə verdiyi açıqlamada sanksiyaların tətbiq olunmasına qarşı olduğunu bəyan etmişdi.