
Bu barədə məlumatı “Bloomberg” agentliyi özünün etibarlı mənbələrinə istinadla yayıb. Xəbərdə qeyd edilib ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.
Agentlik bundan başqa yazır ki, ümumi olaraq üç müxtəlif sanksiya paketi hazırlanıb. Bunların arasından ən məqsədəuyğunu seçilib. Tətbiqi nəzərdə tutulan sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı hələlik məlum deyil.
“Bloomberg” agentliyi sonda bildirib ki, önümüzdəki həftənin sonunda rəsmi Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.
musavat.com