Bu içkilər xərçəng riskini artırır

Bu içkilər xərçəng riskini artırır Bu içkilər xərçəng riskini artırır.

Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.

Medicina.az bildirir ki, Sorbonne Universitetinin alimlərinin araşdırmasına görə, şəkərli içkilər, hətta 5 faiz şəkər ehtiva edən meyvə şirələri belə xərçəng riskini yüksəldir.

Bura eneji içkiləri, meyvəli süd, şəkərli çay, qəhvə və s. daxildir. Sözgedən araşdırma üçün mütəxəsislər 100 mindən çox insanı 5 il izləyib. Bu araşdırmada yuxarıda qeyd olunan nəticə əldə edilib.

Sonda iştirakçılardan min nəfərdən 26-da xərçəng izinə rast gəlinib. Elm adamları şəkərli içkilərin xərçəng riskini artırmasının səbəbinin qanda şəkərin miqdarının çoxalması ilə əlaqələndiriblər. Lakin alimlər bu istiqamətdə daha çox araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər