
Qonaqkənd qəsəbəsində həmin qəsəbəyə, eləcə də rayonun Kunxırt, Xırt, Atuc, Afurca, Təngəaltı kəndlərinə və Hacıağalar kəndinin bir hissəsinə mavi yanacağın verilməsinə həsr olunmuş mərasim keçirilmişdir

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir.
Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1980-cı ildə “Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlamışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984-1993-cü illərdə “Bakı Mühəndis Tikinti” Trestində mühəndis, böyük mühəndis, müdir, 1993-1998-ci illərdə “İnşa” Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Ziyəddin Əliyevin Qubaya gəlişindən sonra, Quba fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Qubada inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Quba rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Quba rayonuna da əhəmiyyətli pay düşmüşdür. Qubalılar Ziyəddin Əliyevin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Ziyəddin Əliyev rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Quba və qubalılar yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Ziyəddin Əliyevin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.
Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Qubada kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin heç bir problemi diqqətdən kənarda qalmır. Veteranlar, ağsaqqallar, ziyalılar rayonun ictimai həyatının fəal iştirakçılarıdırlar. Onları bu mövqeyə icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qayğısı, hörməti və ehtiramı ilə gətirib.
Rayondan kənarda yaşayan Quba ziyalıları, elm və iş adamları indi bütün tədbirlərin iştirakçısı olurlar. Tanınmış, xalq və dövlət qarşısında daha böyük xidmətləri olan insanların yubileylərini, dünyasını dəyişənlərin xatirə gecələrini keçirmək Qubada ənənə halını alıb.

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi Quba da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə Quba, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.






