Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub

Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

Bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir.

Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.(oxu.az)

Oxşar xəbərlər