Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO

Xocalı faciəsi “Savaşçı” serialında — VİDEO Türkiyədə yayımlanan “Savaşçı” serialında Xocalı faciəsindən bəhs edilib.
Azərbaycanlı rejissor və aktyor Kənan MM-in də çəkildiyi serialın bu dəfəki seriyasında Xocalı faciəsinə geniş yer ayrılıb.

Qarabağa aid mahnı sədaları altında Xocalı şəhidlərinin qəbirstanlığı və Xocalı faciəsinə aid köhnə kadrlarla faciə bir daha çatdırılıb.
Kənan MM-in canlandırdığı Yüzbaşı Bəxtiyar obrazı isə qəbirlərin arasında gəzərək faciəni xatırlayır, dağılmış evləri, anası tərəfindən gizlədilməsi, erməni terrorçuları tərəfindən anasına işgəncə edilməsini xatırlayır. Bütün bu hadisələr kadrlar vasitəsilə tamaşaçıya çatdırılır.


Oxşar xəbərlər