“Azərbaycan 20 min şəhid verib”

“Azərbaycan 20 min şəhid verib” “Xocalı faciəsi və ermənilərin Azərbaycanın digər rayonlarında törətdikləri hadisələrlə bağlı rəqəmlərə qayıtmaq, dolğun məlumatlar vermək lazımdır”

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə çıxışı zamanı deyib.

Elmira Süleymanova bildirib ki, Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik.

“Mən bu rəqəmlərə inanmıram İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb”.

Ombudsmanın sözlərinə görə, hesabatlara görə, Azərbaycanın 20 min şəhid verdiyi deyilir.

“Bu rəqəmlərdə də qayıtmaq lazımdır, mümkün qədər dolğun materiallar yığmaq lazımdır”.

O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var.

Oxşar xəbərlər