Rusiyada helikopter qəzası — 18 ölü

Rusiyada helikopter qəzası — 18 ölü Rusiyanın Krasnoyar vilayətinin Vankorsk rayonunda “Mi-8” helikopteri qəzaya uğrayıb.
Qəza nəticəsində 18 nəfər həlak olub. Fövqəladə hallar xidmətindən verilən məlumata görə, qəza İqark yaşayış məntəqəsinin iki kilometrliyində səhər saatlarında baş verib
İstintaq komitəsinin məlumatına əsasən, helikopterdə 3 ekipaj üzvü və 15 nəfər işçi olub. Təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.
Helikopterin hər iki qara qutusu tapılıb. Məlumata əsasən, helikopter yerə çırpılmadan əvvəl 2 km uçub. Sonra isə dağılaraq yanıb. Yerlə toqquşma zamanı helikopterin hər iki yanacaq çəni partlayıb. Ehtimal edilir ki, qəzaya səbəb texniki nasazlıq və ya pilotun səhvi ola bilər.

Oxşar xəbərlər