
"Ria Novosti xəbər verir ki, 30 nəfər hələ də itkin düşmüş hesab olunur.
Hökumət dairələri qurbanların sayının artmasını istisna etmir.
Son 2 həftə ərzində 31 prefekturada 700 torpaq sürüşməsi qeydə alınıb.
Okayama, Ehime və Xirosima prefekturalarında xilasetmə işlərinə 70 min xilasedici cəlb edilib. 6700 sakin təxliyə edilib və sığınacaqlarda yerləşdirilib.