
İngiltərədə yerləşən İnsan Haqları təşkilatının Suriyadakı təmsilçiliyinin yaydığı xəbərə görə isə İŞİD tərəfindən Əsəd qüvvələrinə qarşı təşkil edilən hücumda 26 rejim əsgəri ,Əsəd qüvvələrinə dəstək verən rus ordusundan isə 9 əsgər öldürülüb. Rusiya Müdafiə Nazirliyi də xəbəri təsdiləyib. Nazirliyin yaydığı xəbərə görə, 9rus əsgəri deyil,4 rus əsgəri atışma zamanı həlak olub. Rusiya Müdafiə nazirliyinin adının açıqlanmasını istəməyən hərbiçisi isə KİV-nə bildirib ki,İŞİD terorçuları ilə baş verən atışmalar Əsəd rejiminə gəlir gətirən bir neçə neft quyusunin yerləşdiyi ərazidə baş verib. Rusiya müxalifətinin nəzarət etdiyi "Novaya qazeta”-da yayılan xəbərə görə, Rusiya hökuməti ölən əsgərlərin sayını gizlədir.Amma qəzetin rəsmi qaynaqlara istinadən xəbərinə görə, ümumilikdə 6 əsgər ölüb ki,bunlardan ikisi Suriaya göndərilən "Vagner” xüsusi təyinatlı birliyin əsgərləridirlər.