2 türk əsgəri Afrində şəhid oldu

2 türk əsgəri Afrində şəhid oldu Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri Suriyanın Afrin şəhərində şəhid olub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Zeytun Budağı" əməliyyatı uğurla yekunlaşıb, lakin şəhərdə təhlükəsizliyin tam təmini üçün axtarış tədbirləri təşkil edilir. Terror təşkilatı PKK-PYD üzvləri tikililərə çox sayda partlayıcı yerləşdirib. Son olaraq, əl qumbarasının partlaması nəticəsində 2 türk əsgəri həlak olub.

Oxşar xəbərlər