"Azərsu"ya 4,6 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxşar xəbərlər