Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır

Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır Pirallahıda dərman istehsalı müəssisəsi açılıb

Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif imanov və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.
Açılış mərasimində məlumat verilib ki, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədilə ölkədə sənaye parkları yaradılır. Hazırda Azərbaycanda kimya sənayesi, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlar üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilirlər.
4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Bildirilib ki, Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-dək daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında artıq bir müəssisə - “Diamed Co” MMC fəaliyyət göstərir.

Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır


Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır


Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan natiq Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.

Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır


Qanuninfo.az olaraq bu şərəfli insan - Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz icra başçısı, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vasif müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsinin çətinliyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Azərbaycan tarixində igid, cəsur, cəsarətli, qeyrətli şəxslər çox olub, tarixə nəzər salsaq, bunun şahidi olarıq. Amma tarix boyu indiyədək Azərbaycanı ölkə səviyyəsində Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov kimi təbliğ edən, şərəfləndirən icra başçısı az olub. Bu müdriklik və xoşbəxtlik hər insana nəsib olmayıb. Qəbul edilən və sevilən Vasif İmanov bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlib.

Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır








Onu öz millətinə sevdirən də elə bu gözəl keyfiyyətlərdir. İndi öz xalqının nəzərində onun gözəl və ağıllı, müdrik bir icra başçısı kimi olduqca müsbət imici, gündən-günə artan nüfuzu var...


Pirallahı rayonu hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Pirallahı rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Pirallahı rayonunda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Vasif İmanov və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.


Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır









Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun özünü və gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
Tarixiliklə müasirliyin qovuşduğu Pirallahı rayonu bu gün özünün görünməmiş inkişaf illərini yaşayır

Oxşar xəbərlər